logo

Nikol Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə  gedir

17:47 04-08-2021 | icon 8526
Nikol Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə  gedir

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də İrana işgüzar səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı “Aysor” nəşri yayıb.

Bildirilib ki, səfər çərçivəsində Nikol Paşinyan İranın yeni seçilən prezidenti İbrahim Rəisi ilə görüşəcək. O, bundan sonra Rəisinin andiçmə mərasiminə qatılacaq.

Xatırladaq ki, İranın yeni seçilmiş prezidentinin mandatının təsdiqlənməsi mərasimi avqustun 3-də İmam Xomeyni məscidində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin iştirakı ilə keçirilib. Bununla da İbrahim Rəisi səlahiyyətlərinin icrasına başlayıb. O, avqustun 5-də isə prezident kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi andını içəcək.