logo

Avropa İttifaqı Azərbaycana yeni nümayəndəsini təyin etdi

16:29 04-08-2021 | icon 1771
Avropa İttifaqı Azərbaycana yeni nümayəndəsini təyin etdi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

YeniAvropa xəbər verir ki, bu barədə bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel qərar imzalayıb.

Qərara görə, bu vəzifəyə Petr Mixalko təyin edilib. O, sentyabrın 1-dən etibarən vəzifəsinə başlayacaq.

Qeyd edək ki, Petr Mixalko hazırda qurumun Moldovadakı nümayəndəliyinin rəhbəridir. O, bundan əvvəl Slovakiyanın Yunanıstandakı səfiri vəzifəsində çalışıb.