logo

Meşə yanğınları Gürcüstan hökumətini də hərəkətə keçirdi

15:51 04-08-2021 | icon 7784
Meşə yanğınları Gürcüstan hökumətini də hərəkətə keçirdi

Gürcüstan hökuməti qarşıdakı yaxın bir həftə ərzində ölkədə havanın temperaturunun kəskin yüksələcəyi, meşə və çöl yanğınları riskinin artacağı barədə əhaliyə müraciət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə ölkənin Fövqəladə Halların İdarəolunması Xidməti məlumat yayıb.

Xidmət, eyni zamanda, əhalini yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əkin sahələrində, meşə və yaxud tarlaların yaxınlığında tonqal qalamamağa və yanğınları nəzarətsiz qoymamağa çağırıb.