logo

“Tokio-2020”:Gürcüstan ağırlıqqaldıranı dünya rekordunu təzələdi

14:59 04-08-2021 | icon 2191
“Tokio-2020”:Gürcüstan ağırlıqqaldıranı dünya rekordunu təzələdi

Gürcüstan ağırlıqqaldıranı Laşa Talaxadze “Tokio-2020”də dünya rekordu müəyyənləşdirib.

 YeniAvropa xəbər verir ki, 109 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən atlet 488 kiloqram nəticə ilə bütün rəqiblərini qabaqlayıb və Olimpiya çempionu olub.

İran təmsilçisi Əli Davudi yarışı ikinci, suriyalı Man Asaad isə üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Gürcüstan 2 qızıl, 4 gümüş və 1 bürünc medalla ölkələrin sıralamasında 23-cü pillədə qərarlaşıb.