logo

Paytaxtda “Chevrolet” “Daewoo” ilə toqquşdü, sürücü öldü

14:44 04-08-2021 | icon 2877
Paytaxtda “Chevrolet” “Daewoo” ilə toqquşdü, sürücü öldü

Nəsimi rayonu ərazisində, H.Ələsgərova küçəsində Bakı şəhər sakini Vüqar Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili Ağsu rayon sakini H.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobilə vurub.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Hadisə nəticəsində xəsarət almış V.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.