logo

"Tokio-2020":Azərbaycanlı güləşçi Ukraynaya gümüş medal qazandırdı

14:29 04-08-2021 | icon 2163
"Tokio-2020":Azərbaycanlı güləşçi Ukraynaya gümüş medal qazandırdı

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio Olimpiadasında gümüş medal qazanıb.

YeniAvropa xəbər verir ki, yunan-Roma güləşi yarışlarında 67 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İran idmançısı Mohammadreza Geraei ilə qarşılaşıb. Rəqibinə məğlub olan P.Nəsibov Tokio Olimpiadasını ikinci pillədə başa vurub.

Qeyd edək ki, Ukrayna 1 qızıl, 2 gümüş və 8 bürünc medalla ölkələrin sıralamasında 37-ci pillədə qərarlaşıb.