logo

Lənkərandakı meşə yanğını söndürülüb, Yardımlıda isə lokallaşdırılıb

13:31 04-08-2021 | icon 1708
Lənkərandakı meşə yanğını söndürülüb, Yardımlıda isə lokallaşdırılıb

Lənkəranda baş verən yanğın söndürülüb, Yardımlıda isə lokallaşdırılıb.

YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimova nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu qeyd edib: “Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür. Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan amili var. Hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”