logo

“Tokio-2020”: Sərbəst güləşçimiz Turan Bayramovun ilk rəqibi bəlli oldu

13:10 04-08-2021 | icon 2163
“Tokio-2020”: Sərbəst güləşçimiz Turan Bayramovun ilk rəqibi bəlli oldu

“Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz səkkizdəbir final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək.

Xatırladaq ki, Tokioya 44 idmançı ilə yollanan Azərbaycan komandasının aktivində hələlik 3 bürünc medal var. Həmin medalları  ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.