logo

Sinoptiklərdən xəbərdarlıq: Paytaxtda 41°, bölgələrdə 43° isti olacaq

14:13 03-08-2021 | icon 7546
Sinoptiklərdən xəbərdarlıq: Paytaxtda 41°, bölgələrdə 43° isti olacaq

Avqustun 4-8-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, bəzi yerlərdə isə 40-41° isti olacağı gözlənilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın rayonlarında 35-40° isti olacağı, Naxçıvan Muxtar Respublikasının və Aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi proqnozlaşdırılır.