logo

Milli Məclisin deputatları tətilə çıxdılar

12:59 03-08-2021 | icon 1764
Milli Məclisin deputatları tətilə çıxdılar

Bu gün keçirilən növbədənkənar sessiyanın plenar iclasdan sonra Milli Məclisin deputatları yenidən tətilə çıxıblar.

YeniAvropa xəbər verir ki, parlamentin üzvlərinin tətilləri avqustun 30-dək davam edəcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn birinci iş günü öz işinə başlayır.