logo

Deputat vəzifəli şəxsdir-Əli Hüseynli

12:23 03-08-2021 | icon 1750
Deputat vəzifəli şəxsdir-Əli Hüseynli

“Deputat vəzifəli şəxsdir. O, təkcə parlamentdaxili yox, parlamentdənkənar da davranışına görə məsuliyyət daşıyır”.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli  Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsinə dair  parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

O, Baş Prokurorluda Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılmasını doğru addım kimi qiymətləndirib. 

Onun sözlərinə görə, seçkili orqanlarda vəzifə tutanlar da vəzifəli şəxs kateqoriyasına aid edilirlər.  

"Deputat Eldəniz Səlimovun hərəkətləri bütün deputatların fəaliyyətinə kölgə sala bilməz",-deyə Əli Hüseynli vurğulayıb. 

Qeyd edək ki, parlament müzakirələri zamanı bəzi deputatlar Baş Prokurorluğun Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanılmasını yanlış addım kimi dəyərləndiriblər.