logo

Fəzail Ağamalı detalları anlatdı:"..fəxr elə səni Milli Məclisin deputatı döyüb”

12:02 03-08-2021 | icon 1988
Fəzail Ağamalı detalları anlatdı:"..fəxr elə səni Milli Məclisin deputatı döyüb”

Milli Məclisin üzvü öz səlahiyyətini aşıb.

YeniAvropa xəbər verir ki, bu b fikri Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı  Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsinə dair  parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

“Milli Məclisin deputatı polis zabitini yanına çağırıb və onu döyüb. Üstəlik hələ deyib ki, fəxr elə səni Milli Məclisin deputatı döyüb”, - deyə F.Ağamalı bildirib. 

O , həmkarlarına səslənərək, deputatın belə bir hərəkətinə hər hansı bir formada haqq qazandırmağın mümkünsüz olduğunu vurğulayıb.