logo

Müdafiə Nazirliyi ordumuzda itki olmasını təkzib edir

20:20 02-08-2021 | icon 1729
Müdafiə Nazirliyi ordumuzda itki olmasını təkzib edir

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Azərbaycan ordusunun bütün texnikası tam tərkibdə yerindədir.