logo

“Tokio-2020”də rekord:Kubalı güləşçisi 4-cü dəfə Olimpiya çempionu oldu

19:07 02-08-2021 | icon 2660
“Tokio-2020”də rekord:Kubalı güləşçisi 4-cü dəfə Olimpiya çempionu oldu

Kubalı yunan-Roma güləşçisi Mixain Lopes rekorda imza atıb. Tokio Olimpiadasında 130 kiloqram çəki dərəcəsində çıxış edən güləşçi dördqat Olimpiya çempionu olub.

YeniAvropa xəbər verir ki, 39 yaşlı idmançı finalda Gürcüstan güləşçisi Yakob Kacayanı məğlub edib.

Kubalı güləşçi daha əvvəl “Pekin-2008”, “London-2012” və “Rio-2016” olimpiadalarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, tarixdə ilk dəfə yunan-Roma güləşi üzrə dördqat Olimpiya çempionu olub.

M.Lopesdən əvvəl ən titullu güləşçi rusiyalı Aleksandr Karelin olub. O, olimpiadalarda 3 qızıl və 1 gümüş medal qazanıb.