logo

Təhsil sahəsində Azərbaycan-Pakistan əməkdaşlığı müzakirə edilib

09:31 31-07-2021 | icon 6475
Təhsil sahəsində Azərbaycan-Pakistan əməkdaşlığı müzakirə edilib

Təhsil naziri Emin Əmrullayev Bakıda səfərdə olan Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.