logo

Paytaxtda marşrut avtobusu yolu keçən qadını vurub öldürdü

17:57 30-07-2021 | icon 4515
Paytaxtda marşrut avtobusu yolu keçən qadını vurub öldürdü

Bakı şəhər sakini Təranə Zamanova Səbail rayonu ərazisində yolu keçərkən N.Qasımovun idarə etdiyi və 125 saylı xətt üzrə hərəkət edən avtobusla vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib bildirilib ki, hadisə nəticəsində xəsarət almış T.Zamanova yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.