logo

Ermənilər yenidən Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

09:09 29-07-2021 | icon 1981
Ermənilər yenidən Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki,iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.