logo

Bakıda Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub

20:59 28-07-2021 | icon 1596
Bakıda Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev iyulun 28-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

YeniAvropa xəbər verir ki,  görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.