logo

Bakıda yaş yarımlıq oğlan uşağını küçəyə atdılar

20:50 28-07-2021 | icon 1939
Bakıda yaş yarımlıq oğlan uşağını küçəyə atdılar

Küçəyə atılmış daha bir azyaşlı Azərbaycan Uşaqlar Birliyinin(AUB) sığınacağına yerləşdirilib. Məlum olub ki, uşağın anası hazırda həbsdədir, üstəlik narkotik istifadəçisidir.

YeniAvropa xəbər verir ki, bu barədə AUB-in sədri Kəmalə Ağazadə məlumat verib.Onun sözlərinə görə, ana həbsxanaya aparılanda yaş yarımlıq oğlunu rəfiqəsinə tapşırıb. Rəfiqəsi isə narkotik istifadəçisidir.

“Qadın polisə zəng vuraraq uşağa baxa bilmədiyini, buna görə də küçəyə atacağını deyib. Polis əməkdaşları uşağı Nərimanov rayonu ərazisindən taparaq sığınacağa gətiriblər”,-deyə K.Ağazadə bildirib.

O, həmin qadınla görüşdüyünü, lakin rəfiqəsi uşağa baxmaq istəmədiyini deyib. Nurlan adlandırdıqları azyaşlı  elə ilk gündən sığınacaq mühitinə alışıb. Hazırda uşağın valideynləri ilə bağlı araşdırma aparılır.