FHN: Güclü külək Bakıda bir sıra fəsadlar törədib
İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
FHN-dən YeniAvropa-ya bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində dağıntılar altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və zərərçəkmişi xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən şadlıq sarayının fasad şüşələrinin bir hissəsinin sınması, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən doqquzmərtəbəli binanın daş üzlüklərinin asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyətlərlə əlaqədar həmin ünvanlara cəlb olunmuş FHN XRXX-nin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bundan başqa, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən iyirmimərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin fasad hissəsində kondisionerin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaratması barədə daxil olmuş məlumat əsasında XRXX-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, xüsusi alət və avadanlıqlar vasitəsilə kondisioner götürülərək sakinlərin təhlükəsizliyi təmin edilib.
Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən beşmərtəbəli binada dəmir lövhənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün yaratdığı təhlükəli vəziyyətlə əlaqədar hadisə yerinə cəlb olunmuş XRXX-nin xilasetmə qüvvələri müvafiq tədbirlər görərək təhlükəni aradan qaldırıblar.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü küləkli hava ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ