logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 982 mini ötüb

18:30 28-07-2021 | icon 2912
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 982 mini ötüb

İyulun 28-də Azərbaycanda 81 min 690 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 68 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 714 min 39, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 731 min 114, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 982 min 925 nəfər təşkil edir.