logo

Leyla Şıxlinskaya yenidən məhkəməyə verildi

16:59 28-07-2021 | icon 14973
Leyla Şıxlinskaya yenidən məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

YeniAvropa xəbər verir ki, Xidmətdən bildirilib ki, iddiaya səbəb tərəflər arasında vergi öhdəlikləri üzrə mübahisədir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

Qeyd edək ki, hazırda Rusiya paytaxtında yaşayan 74 yaşlı Leyla Şıxlinskaya Azərbaycanda bir çox məşhur filmlərdə- "Arşın mal alan"da Gülçöhrə, "Gün keçdi"də Əsmər, "Dədə Qorqud"da Banu Çiçək kimi sevilən obrazlar yaradıb. "Xalq artisti” fəxri adını alıb. O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə şəxsi klinikasına rəhbərlik edib.

Xatırladq ki, bu , tərəflər arasında ilk məhkəmə iddiası deyil.