logo

Paytaxtda avtomobil yolu keçən piyadanı vurub öldürdü

16:05 28-07-2021 | icon 5012
Paytaxtda avtomobil yolu keçən piyadanı vurub öldürdü

Xəzər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Qala qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Xəzər Həsənov müəyyən edilməmiş avtomobillə vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam edir.