logo

Cüdo millimizdən biabırçı çıxış: 9 cüdoçudan 6-sı mübarizəni dayandırdı

09:29 28-07-2021 | icon 2926
Cüdo millimizdən biabırçı çıxış: 9 cüdoçudan 6-sı mübarizəni dayandırdı

"Tokio-2020"də Azərbaycan Olimpiya komandasının medal ümidlərindən sayılan cüdo millimiz uğursuz çıxışlarını davam etdirir.

YeniAvropa xəbər verir ki, komandamız Yaponiya paytaxtına 9 cüdoçu ilə yollanıb. Onlardan 6-sı artıq mübarizəyə qoşulub və heç biri fəxri kürsüdə yer ala bilməyib. Bu idmançılardan 5 nəfəri - Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev və Məmmədəli Mehdiyev ya 1/16, ya da ən yaxşı halda 1/8 finalda uduzublar. Yalnız Rüstəm Orucov bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Lakin "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məğlub olaraq "Tokio-2020"ni 5-ci yerdə başa vurub.

Hazırda yarışda cəmi 3 cüdoçumuz qalıb. Hər üçü milliləşdirilmiş legioner olan bu idmançılarımızdan Zelim Kotsoyev (100 kq) mübarizəyə iyulun 29-da başlayacaq. O, 1/16 finalda Fransa idmançısı Aleksandr İddirlə qarşılaşacaq. İyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.