logo

Azərbaycanda daha 468 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

15:20 27-07-2021 | icon 2940
Azərbaycanda daha 468 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 min 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 259 nəfər müalicə olunaraq sağalıb, 5 min 11 vəfat edib. Aktiv xəstə sayı 3 min 913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 895, bu günə qədər isə ümumilikdə 3 milyon 992 min 592 test icra olunub.