logo

Azərbaycan,Türkiyə və Pakistanın parlament sədrləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

14:04 27-07-2021 | icon 2751
Azərbaycan,Türkiyə və Pakistanın parlament sədrləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər iyulun 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

YeniAvropa xəbər verir ki,sonra Şəhidlər xiyabanına gələn parlament sədrləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Parlament sədrləri, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Eyni zamanda, abidənin önünə əklil qoyulub, türk şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazıb.