logo

Müdafiə Nazirliyi Qarabağda döyüşlərin getməsi xəbərini təkzib etdi

19:10 26-07-2021 | icon 1638
Müdafiə Nazirliyi Qarabağda döyüşlərin getməsi xəbərini təkzib etdi

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin  açıqlamasında qeyd olunub.

Nazirliyin açıqlamasında bildirilib ki, əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçu qarşılıqlı münasibətlərin pozulması və bir-birinə açılan atəş nəticəsində yaralanıb.