logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 910 mini ötüb

17:27 26-07-2021 | icon 2737
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 910 mini ötüb

İyulun 26-da Azərbaycanda 432 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 564 min 329, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 273, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 910 min 56 nəfər təşkil edir.