logo

İlham Əliyev ABŞ və Britaniyaya yeni səfirlər təyin edib

15:29 26-07-2021 | icon 1491
İlham Əliyev ABŞ və Britaniyaya yeni səfirlər təyin edib

Prezident İlham Əliyev iyulun 26-da Azərbaycan Respublikasının daha iki ölkələrdə yeni səfirlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı sərəncamlarla Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri, Elin Emin oğlu Süleymanov isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Prezidentin bu gün imzaladığı digər bir sərəncamla isə Elin Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.