logo

Sinoptiklərdən xəbərdarlıq: Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək

14:34 26-07-2021 | icon 1582
Sinoptiklərdən xəbərdarlıq: Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam və iyulun 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

İyulun 27-si axşam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqədar bəzi dağ çaylarndan qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Qərb, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.