logo

İlham Əliyev Rəşad Məmmədovu Türkiyəyə yeni səfir təyin edib

13:31 26-07-2021 | icon 1400
İlham Əliyev Rəşad Məmmədovu Türkiyəyə yeni səfir təyin edib

Prezident İlham Əliyev iyulun 26-da Azərbaycan Respublikasının Türkiyə Respublikasında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Prezidentin imzaladığı digər bir sərəncamla isə Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.