logo

Ərdoğanın I müavini Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

10:55 26-07-2021 | icon 2793
Ərdoğanın I müavini Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

İyulun 26-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası(AKP) sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. 

 YeniAvropa xəbər verir ki, nümayəndə heyəti bu gün səhər saatlarında Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Nümayəndə heyətinin rəhbəri Numan Kurtulmuş “Türk şəhidliyi” abidəsinin xatirə kitabına ürək sözlərini yazıb.