logo

İlham Əliyev rektor-deputat Eldar Quliyevə “Şərəf” ordeni verdi

10:10 26-07-2021 | icon 2331
İlham Əliyev rektor-deputat Eldar Quliyevə “Şərəf” ordeni verdi

Prezident İlham Əliyev iyulun 26-da Eldar Quliyevin  ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Eldar Allahyar oğlu Quliyev 26 iyul 1951-ci ildə  Bakıda anadan olub.

1993-cü ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-"Azərittifaq"ın sədri,2000-ci ildən etibarən ardıcıl olaraq 5 çağırış Milli Məclisinin deputatı,  2011-ci ildən isə Azərbaycan Kooperasiya Universitetinin rektorudur.