logo

İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib

21:46 25-07-2021 | icon 2961
İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev iyulun 25-də Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Serbiya prezidenti Aleksandr Vuçiçin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Serbiya prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Vuçiçə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi bildirilib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirilib.