logo

TBMM-in sədri Mustafa Şentopun Azərbaycana səfər proqramı zəngindir

18:45 25-07-2021 | icon 2926
TBMM-in sədri Mustafa Şentopun Azərbaycana səfər proqramı zəngindir

İyulun 26-da Azərbaycana səfər edəcək Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfər proqramı zəngindir. 

YeniAvropa xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop səfər çərçivəsində iyulun 26-da üummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Növbəti gün, iyulun 27-də Bakıda Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak edəcək.

Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Daha sonra Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Azərbaycana səfərinin başa vuran TBMM-in sədri Mustafa Şentop həmin gün vətəninə dönəcək.