logo

ABŞ Gürcüstana hərbçilərini göndərdi

10:48 25-07-2021 | icon 3395
ABŞ Gürcüstana hərbçilərini göndərdi

ABŞ Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (Çevik ruh) hərbi təlimlərində iştirak etmək üçün çoxlu sayda hərbçi göndərəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ, həmçinin Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirib.

Qeyd edək ki, “Çevik ruh” təlimi iyulun 26-da başlayacaq və avqustun 6-na qədər davam edəcək.

Təlimdə 15 ölkədən 2500 hərbçinin iştirakı nəzərdə tutulub.