logo

Bakıda dağlıq ərazidə yanğın başlayıb

23:35 24-07-2021 | icon 5033
Bakıda dağlıq ərazidə yanğın başlayıb

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində, dağətəyi yerdə yanğın başlayıb.

YeniAvropa xəbər verir ki,  hadisə zamanı əsasən quru ot, kol-kos yanıb. Yanğın hazırda da davam edir.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.