logo

FHN: Özünü dənizə ataraq intihar edən qızın meyiti sudan çıxarılıb

16:10 24-07-2021 | icon 4690
FHN: Özünü dənizə ataraq intihar edən qızın meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dərhal hadisə yerinə cəlb edilən xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.