logo

Paytaxtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

09:59 24-07-2021 | icon 4480
Paytaxtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın 13-cü mərtəbəsində ümumi sahəsi 116 kvadratmetr olan mənzildə bir ədəd yataq dəsti yanıb.

Yüksək temperaturdan bir ədəd kondisioner və bir ədəd televizor əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.