logo

Kərəm Vəliyev müdafiə nazirinin birinci müavini–Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi

17:09 23-07-2021 | icon 3472
Kərəm Vəliyev müdafiə nazirinin birinci müavini–Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi

Prezident İlham Əliyev iyulun 23-də Kərəm Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilsin".