logo

Tokio Olimpiadasının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub

16:56 23-07-2021 | icon 3808
Tokio Olimpiadasının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub

Bu gün “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub.

YeniAvropa xəbər verir ki, komandamızın keçidi zamanı Azərbaycanın dövlət bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıblar.

Qeyd edək ki, Azərbaycan dörd illiyin zirvə yarışına 44 idmançı ilə qatılıb. Atletlərimiz “Tokio-2020”də idmanın 13 növü üzrə mübarizə aparacaqlar. “Tokio-2020”yə vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çoxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şose velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) üzrə yarışlarda mübarizə aparacaqlar.

Olimpiadada iştirak edəcək idmançılarımız aşağıdakılardır:

1. Anna Skidan (atletika, çəkicatma)

2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)

3. Mariya Stadnik (qadın güləşi, 50 kq)

4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)

5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)

6. Yelizaveta Luzan (bədii gimnastika, qrup çoxnövçülük)

7. Darya Sorokina (bədii gimnastika, qrup çoxnövçülük)

8. Məryəm Səfərova (bədii gimnastika, qrup çoxnövçülük)

9. Ləman Əlimuradova (bədii gimnastika, qrup çoxnövçülük)

10. Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)

11. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)

12. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)

13. Ruslan Lunyov (güllə atıcılığı, 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)

14. Elçin Əsədov (velosiped idmanı, şose)

15. Milad Beigi Hərçəqani (taekvondo, 80 kq)

16. Nazim Babayev (atletika, üçtəkanla tullanma)

17. Tayfur Əliyev (boks, 57 kq)

18. Hacı Əliyev (sərbəst güləş, 65 kq)

19. Hacımurad Hacıyev (sərbəst güləş, 74 kq)

20. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)

21. Anna Başta (qılıncoynatma, sablya)

22. Elis Manolova (qadın güləşi, 68 kq)

23. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)

24. Fəridə Əzizova (taekvondo, 67 kq)

25. Rafael Ağayev (karate, 75 kq)

26. İrina Zaretska (karate, +61 kq)

27. Edi Reski Dviçayo (badminton)

28. Kəramət Hüseynov (cüdo 60 kq)

29. Orxan Səfərov (cüdo, 66 kq)

30. Rüstəm Orucov (cüdo, 73 kq)

31. Murad Fətiyev (cüdo, 81 kq)

32. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)

33. Zelim Kotsoyev (cüdo, 100 kq)

34. Uşangi Kokauri (cüdo, +100 kq)

35. Aişə Qurbanlı (cüdo, 48 kq)

36. İrina Kindzerska (cüdo, +78 kq)

37. Rostislav Pevtsov (triatlon)

38. Cavid Çələbiyev (boks, 63 kq)

39. Lorenso Sotomayor (boks, 69 kq)

40. Alfonso Dominges (boks, 81 kq)

41. Məhəmməd Abdullayev (boks, +91 kq)

42. Firdovsi Farzaliyev (karate, 67 kq)

43. Emin Cəfərov (stend atıcılığı, vayld kart)

44. Məryəm Şeyxəlizadə-Xanqan (üzgüçülük, universal vəsiqə).

Xatırladaq ki, Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.