logo

Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09:48 20-07-2021 | icon 4109
Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

YeniAvropa həmin paylaşımı təqdim edir:

“Əziz həmvətənlər! Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!”