logo

Ermənilər bu gün də Şuşa ətrafındakı mövqelərimizi atəşə tutub

09:30 15-07-2021 | icon 5054
Ermənilər bu gün də Şuşa ətrafındakı mövqelərimizi atəşə tutub

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.