logo

Şəmkirdə kürəkən qaynanasını qətlə yetirdi, həyat yoldaşını ağır yaraladı

20:13 13-07-2021 | icon 4179
Şəmkirdə kürəkən qaynanasını qətlə yetirdi, həyat yoldaşını ağır yaraladı

Şəmkir rayonunda qətl hadisəsi törədilib.

YeniAvropa xəbər verir ki,  hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov şəxsi münasibətlər zəminində qaynanası, 1963-cü təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırmalara başlanılıb.