logo

Qusarda toy kortejində avtomobil aşdı:1 ölü, 3 yaralı var

16:06 12-07-2021 | icon 4466
Qusarda toy kortejində avtomobil aşdı:1 ölü, 3 yaralı var

Qusarda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə hadisə, Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.

Ənix kənd sakini, Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel"markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.

Qəza zamanı vəfat edən sərniş -1993-cü il təvəllüdlü İsmixan Ədalət oğlu Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaralılar- 1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov, 1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov və 1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.