logo

Paytaxtda “Mercedes”yolu keçən piyadanı vurub öldürdü

14:04 12-07-2021 | icon 4361
Paytaxtda “Mercedes”yolu keçən piyadanı vurub öldürdü

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Z.Bünyadov prospektində yolu keçən Sumqayıt şəhər sakini Aşur Hüseynov Bakı şəhər sakini R.Bağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.