logo

Öldürülən prezidentin uşaqları ölkəni tərk edib

15:25 08-07-2021 | icon 6888
Öldürülən prezidentin uşaqları ölkəni tərk edib

Şəxsi iqamətgahına silahlı hücum zamanı qətlə yetirilmiş Haiti Prezidenti Jovenel Moizin uşaqları ölkəni tərk edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qonşu Dominikan Respublikasının Haitidəki səfiri Smit Auqistin bir qədər əvvəl bildirib ki, prezidentin uşaqları “təhlükəsiz yerdə” müdafiə altındadır.

Hücum zamanı yaralanmış birinci xanım Martina Moiz müalicə olunmaq üçün Mayamiyə göndərilib. Onun əlindən, budundan və qarnından ciddi güllə yaraları aldığı bildirilir.

Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb. Nazirlər Kabinetinin dəftərxanasından verilən məlumata görə, qətl xarici muzdlular tərəfindən icra olunub. Ölkədə 15 günlük hərbi vəziyyət rejimi tətbiq edilib.

Polis idarəsinin başçısı dünən gecə hücumun ehtimal edilən iştirakçılarından dördünün öldürüldüyünü, ikisinin isə tutulduğunu deyib.