logo

BƏƏ Azərbaycanlı tələbələrə geniş imkanlar açır

11:55 06-07-2021 | icon 6139
BƏƏ Azərbaycanlı tələbələrə geniş imkanlar açır

Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Azərbaycandakı səfirliyi mütəmadi olaraq ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə yeni imkanlar araşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla AlShamsi məlumat verib. Onun sözlərinə görə, bu baxımdan, təhsil və elm sahəsində əməkdaşlıq bu məqsədə töfhə verə bilər.

Bəs Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanlı tələbələr üçün nə dərəcədə maraqlıdır və bu ölkə bizim tələbələrə elmi biliklərə yiyələnməkdə hansı üstünlüklər verə bilər? Gəlin bunu elə diplomatın dilindən eşidək:  

 BƏƏ-də təhsil

BƏƏ  həm dövlət, həm də özəl sektorda iqtisadiyyatı idarə edərək irəli aparmaq üçün gələcək nəsilləri lazımi texniki və praktiki bacarıqlarla təmin etməyi hədəfləyən 2030-cu il Ali Təhsil üçün Milli Strategiya hazırlayıb.Strategiya, həmçinin, bilik, iqtisadiyyat, sahibkarlıq və BƏƏ-nin əmək bazarının ümumi inkişafı kimi həyati vacib sahələrdə davamlı inkişaf naminə ölkə üçün mütəxəssislər nəslini yetişdirməyi hədəfləyir.

0-1-0-0

BƏƏ, həmçinin, bərpaolunan enerji, nəqliyyat, təhsil, səhiyyə, texnologiya, su və kosmosa yönəlik Milli İnnovasiya Strategiyasını da hazırlayıb. 

Qabaqcıl İnnovasiya Milli Strategiyası aşağıdakı istiqamətləri əhatə edir:

-araşdırma

-gələcəyə yönəlik bacarıqlar

-səhiyyənin keyfiyyəti

-yaşayış və həyat

-yaşıl enerji

-nəqliyyat

-bəşəriyyətə xidmət edəcək texnologiyadan istifadə.

Tələbə mübadiləsi fürsətləri

Azərbaycandan olan tələbələr,  müxtəlif təhsil və mədəni təcrübələri qazandıran bir sıra mövcud mübadilə proqramlarına müraciət edə bilərlər.

BƏƏ-dəki bir çox universitetlər, BƏƏ hökuməti ilə digər ölkələr arasında qarşılıqlı müqavilələrə əsasən xaricdən gələn tələbələr üçün təqaüd təklif edir. Digər təqaüdlər üçün tələbələr, müəyyən meyarlara və tələblərə əsaslanan mövcud akademik və idman təqaüd proqramları üçün müvafiq universitetlə əlaqə saxlaya bilərlər.

0-1-0-0-1

BƏƏ-də Əbu Dabi Universiteti, Xəlifə Elm, Texnologiya və Tədqiqat Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti kimi yerli nüfuzlu universitetlərlə yanaşı, Əbu Dabidə yerləşən Paris Sorbonne Universiteti, Nyu York Universiteti,  INSEAD - Dünya üçün Biznes Məktəbi kimi dünyanın ən yaxşı universitetlərinin filialları da var.

Bilik Parkları

Dubayda bilik parkı yaradılmışdır. Park regiounun ən görkəmli təlim mərkəzi, etibarlı biznes tərəfdaşı və peşəkar inkişaf üçün mükəmməl bir mərkəzdir. Dubay Bilik Parkının inteqrasiya olunmuş infrastrukturu və dəstəkləyici mühiti, onu Regionun ən çox axtarılan mərkəzinə çevirmişdir. Beləliklə, Dubay həm də  istedad inkişaf mərkəzidir. Bu ərazidə sərgilər, seminarlar, şəbəkə tədbirləri (networking), konfranslar və daha bir sıra  tədbirlər təşkil edilə bilər.

0-1-0-0-2

 

 

BƏƏ və Azərbaycanı biri-birinə bənzər edən mütərəqqi, təhlükəsiz, əlverişli yerləşmə mövqeyi və futuristik baxışa  sahib olmaq kimi spesifik amillərin olduğunu nəzərə alsaq, aşağıdakılar əməkdaşlıq üçün yaxşı bir zəmin ola bilər:

-Bilik parkı təcrübəsinin mübadiləsi

-Tələbə / tədqiqatçı mübadiləsi imkanları

-Prioritet sahələr üzrə qarşılıqlı təlim proqramları.