logo

Tovuzda kənd sakininin evi yanıb

15:45 04-07-2021 | icon 4018
Tovuzda kənd sakininin evi yanıb

Tovuz rayonunun Əlimərdanlı kənd sakini İlham Bayramova məxsus 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.