logo

Paytaxtda qısqanc ər arvadını bıçaqladı

15:15 03-07-2021 | icon 4410
Paytaxtda qısqanc ər arvadını bıçaqladı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib. 

YeniAvropa xəbər verir ki, hadisə Baknın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun  Balaxanı qəsəbəsində yaşayan i1985-ci il təvəllüdlü Məmmədova Lalə Eldar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. 

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətinin ağır olduğunu söyləyiblər.